Rusiyanın bu şəhərlərindən də Bakıya uçuşlar bərpa edilir – SİYAHIbackend

Rusiyanın bu şəhərlərindən də Bakıya uçuşlar bərpa edilir - SİYAHI

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) Rusiyanın 11 şəhərindən Bakıya beynəlxalq müntəzəm uçuşların həyata keçirilməsinə icazə verib.

KONKRET.az bu barədə “Rosaviasiya”nın rəsmi saytına istinadən xəbər verir.

Məlumata görə, tezliklə həftədə üç dəfə olmaqla, Ufa, Krasnoyarsk, Kalininqrad, Nijni Novqorod, Həştərxan, Perm, Novosibirsk, Rostov-Don, Mahaçqala, Mineralnıye Vodı hava limanlarından Bakıya uçmaq mümkün olacaq.

Uçuşlar “Ural Hava Yolları”, “Azimut” və “Red Wings” aviaşirkətləri tərəfindən həyata keçiriləcək.

“Rosaviasiya” həmçinin “Severnıy Veter” şirkətinə Rostov-Don və Mineralnıye Vodı aeroportlarından müvəqqəti və çarter uçuşlar həyata keçirməyə lisenziya verib.

Uçuşların dəqiq vaxtı və qiyməti aviaşirkətlər tərəfindən tənzimlənəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*