Rusiyanın daha bir aviaşirkəti Azərbaycana uçuşlara BAŞLAYACAQbackend

Rusiyanın daha bir aviaşirkəti Azərbaycana uçuşlara BAŞLAYACAQ

Rusiyanın “Red Wings” aviaşirkəti Azərbaycana birbaşa uçuşlar həyata keçirəcək.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu “Red Wings”in baş direktoru Yevgeni Klyuçaryov deyib.

Onun sözlərinə görə, aviaşirkət Yekaterinburq “Koltsovo” Hava Limanından Azərbaycana aviareyslər təşkil edəcək:

“Aviareyslərin təşkili koronavirus pandemiyası ilə bağlı vəziyyət stabilləşən kimi reallaşdırılacaq”.

E. Klyuçarev əlavə edib ki, Yekaterinburq “Koltsovo” Hava Limanından Azərbaycanla yanaşı Qazaxıstana və Özbəkistana da aviareyslər təşkil ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*