Rusiyanın ətrafında “dəmir pərdə” daha da QALINLAŞIR – İsrail də sanksiyalara QOŞULDUbackend

Rusiyanın ətrafında “dəmir pərdə” daha da QALINLAŞIR - İsrail də sanksiyalara QOŞULDU

Rusiya İsrailin köməyi ilə Qərbin sanksiyalarından yan keçə bilməyəcək. Rusiyanın ətrafında “dəmir pərdə” getdikcə qalınlaşır.

KONKRET.az xəbər verir ki, “Times of Israel” portalının məlumatına görə, bu barədə İsrailin xarici işlər naziri Yair Lapid Bratislavada çıxışı zamanı məlumat verib. Ukraynanın işğalından sonra Rusiya Federasiyasına qarşı sərt sanksiyalar tətbiq edilib. Məsələn, Rusiya banklarının Swift-lə əlaqəsi kəsilib, ABŞ işğalçı ölkədən neft və qaz idxalına embarqo qoyub. Putin və ətrafındakı şəxslər məhdudiyyətlərdən yan keçməyin yollarını fəal şəkildə axtarırlar. İsrail potensial boşluq ola bilərdi, lakin bu ölkə bu yaxınlarda rəsmi olaraq Qərbin sanksiyalarını dəstəkləyəcəyini açıqlayıb.

“İsrail ABŞ və digər Qərb ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan yan keçmək üçün bir marşruta çevrilməyəcək. Xarici İşlər Nazirliyi bu məsələni tərəfdaşlarla, o cümlədən İsrail Bankı, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Hava Limanları İdarəsi, Energetika Nazirliyi və digər strukturlar ilə əlaqələndirir”, – deyə Lapid bildirib.

Xarici işlər naziri həmçinin vurğulayıb ki, Ukraynanın ərazi bütövlüyünün pozulmasına heç bir əsas ola bilməz. İsrail hərbi əməliyyatları dayandırmaq və sülhü bərpa etmək üçün vasitəçilik etməyə və “mümkün olan hər şeyi” etməyə hazırdır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*