Rusiyanın idman federasiyalarına üzvlüyü dayandırılsın – 33 ölkədən BƏYANATbackend

Rusiyanın idman federasiyalarına üzvlüyü dayandırılsın - 33 ölkədən BƏYANAT

“33 ölkənin idman qurumlarının rəhbərləri Rusiya və Belarusun idman təşkilatlarına üzvlüyünün dayandırılmasını və bu ölkələrdə beynəlxalq idman tədbirlərinin yayımının qadağan edilməsini tələb edən birgə bəyanat imzalayıblar”.

KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Polşanın idman və turizm naziri Kamil Bortniçuk bildirib.

“Biz Rusiya və Belarus idman federasiyalarının beynəlxalq təşkilatlarda üzvlüyünün dayandırılmasını, bu ölkələrin nümayəndələrinin beynəlxalq federasiyaların rəhbər orqanlarından çıxarılmasını, habelə Rusiyada beynəlxalq idman yarışlarının televiziya yayımının dayandırılmasını tələb edirik.”

Bəyanatı Macarıstan və Bolqarıstan istisna olmaqla, Aİ-nin 25 ölkəsi, həmçinin ABŞ, Böyük Britaniya, Yeni Zelandiya, Yaponiya, Avstraliya, Cənubi Koreya, Norveç və Kanadanın idman nazirləri imzalayıb. Unikal.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*