Rusiyanın məşhur generalı vəfat etdi – FOTObackend

Rusiyanın məşhur generalı vəfat etdi - FOTO

Əfqanıstanda döyüşlər zamanı şöhrət qazanmış general-polkovnik Valeri Vostrotin 72-ci yaşında vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə onun rəhbərlik etdiyi Ümumrusiya əlil hərbçilərinin birləşdiyi “Döyüşçü” təşkilatından bildiriblər. O vaxtilə 9-cu hava-desant rotasının daxil olduğu 345-ci qvardiya alayına komandirlik edib. Əfqanıstanda bir sıra hərbi əməliyyatları ilə məşhur olub. Bu hadisələr əsasında Fyodor Bondarçuk “9-cu rota” filmini çəkib.

General fevralın 13-də bağ evində dünyasını dəyişib. Ölümün səbəbi iki ildir mübarizə apardığı ağır xəstəlik olub.

Valeri Vostrotinin komandanlığı ilə 345-ci Mühafizə Alayının 9-cu Hava Desant rotası xəritələrdə 3234 və 3228 kimi qeyd olunan adsız yüksəkliklər uğrunda döyüşlə məşhurlaşıb. Ovaxtkı lokal qələbə Xost şəhərinə gedən yolu açmağa və sovet qoşunlarının təchizatını bərpa etməyə imkan verib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*