Rusiyaya məxsus daha bir qırıcı təyyarə vuruldubackend

Rusiyaya məxsus daha bir qırıcı təyyarə vuruldu

Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın daha bir Su-34 təyyarəsini vurub.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk “Teleqram” kanalında məlumat verib.

“Şərq istiqamətində daha bir Su-34 vuruldu”, – deyə o yazıb.

Su-34 əməliyyat və taktiki dərinlikdə düşmənin yerüstü hədəflərinə raket və bombalı hücumlar həyata keçirmək, həmçinin düşmənin hava hədəflərini məhv etmək üçün nəzərdə tutulmuş səsdən sürətli qırıcı-bombardmançı təyyarədir.

Qeyd edək ki, bu, Ukrayna hərbçilərinin bu il vura bildiklərini iddia etdiyi ilk Su-34 deyil. Belə ki, fevralın 17-də Ukrayna Silahlı Qüvvələrinin komandanlığı iki Su-34-ü bir anda vurduqlarını açıqlayıb. Daha bir neçə gün sonra daha bir qırıcı-bombardmançının vurulduğu bildirilir.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*