Ruslar “Erməni zəvvarlar”ı Kəlbəcərə gətirdilər – RƏSMİbackend

Ruslar “Erməni zəvvarlar”ı Kəlbəcərə gətirdilər - RƏSMİ

Qarabağdakı Rusiya sülhməramlı kontingentin hərbçiləri “erməni zəvvarları” Amaras (Xocavənd) və Gəncəsər monastırlarına (Kəlbəcər) müşayiət ediblər.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

“Sülhməramlılar bu gün Amaras monastırına gələn zəvvarları müşayiət və təhlükəsizliyini təmin etdilər.

Ümumilikdə, 50-dən çox adam müşayiət olunub”, – sülhməramlı kontingent zabiti Mark Yegorçik deyib.

Sülhməramlılar 30 nəfər üçün avtobus ayırıb, qalanları isə Rusiya sülhməramlılarının müşayiəti ilə şəxsi nəqliyyat vasitəsi ilə monastırlara gəliblər.

İkinci marşrutda Xankəndindən Gəncəsər monastırına 40-dan çox “dindar” müşayiət olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*