Ruslar Kiyev vilayətində mülki əhalini ATƏŞƏ TUTDULAR –  7 nəfər HƏLAK OLDU – FOTOLARbackend

Ruslar Kiyev vilayətində mülki əhalini ATƏŞƏ TUTDULAR -  7 nəfər HƏLAK OLDU - FOTOLAR

Kiyev vilayətində Makarov kəndinə minaatanların endirilməsi nəticəsində 7 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.

KONKRET.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Kiyev vilayətinin polis idarəsinin mətbuat xidməti məlumat yayıb.

“Martın 18-də işğalçılar Buçanski rayonunda yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutublar. Düşmənin Makarovu atəşə tutması nəticəsində 7 dinc sakin həlak olub. 5 nəfər yaralanıb və xəstəxanadadır”, – məlumatda deyilir.

Bildirilir ki, atəş nəticəsində yaşayış binaları dağılıb, inzibati bina və digər tikililərə ziyan dəyib



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*