backend

Ruslar Xankəndidə bir gündə 12 hektar ərazini minalardan təmizlədilər

Son bir gündə Rusiya sülhməramlıları Azərbaycanın Xankəndi şəhərində 12  hektardan artıq ərazini minalardan təmizləyib. 

KONKRET.az-ın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bundan başqa, 17,2 kilometrlik elektrik xətti və 31 transformator bərpa edilib.

Ümumilikdə isə Rusiya sülhməramlılarının bu günə qədər Dağlıq Qarabağda 150 hektardan çox ərazini minalardan təmizlədiyi bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*