Rüşvətə görə məhkum edilmiş inspektor vaxtından əvvəl azadlığa buraxıldıbackend

Rüşvətə görə məhkum edilmiş inspektor vaxtından əvvəl azadlığa buraxıldı

Dövlət Gömrük Komitəsinin rüşvətə görə məhkum edilmiş inspektoru Azər Baxşıyev vaxtından əvvəl azadlığa buraxılıb.

KONKRET.az-ın məlumatına görə, 3 il həbs cəzası təyin edilmiş sabiq gömrükçü cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Məhkəmə qərar qəbul edərkən məhkumun təyin olunmuş cəzanın 2/3 hissəsini çəkməsini və cəzaçəkmə müəssisəsinin rəyini əsas götürüb.

Qeyd edək ki, A.Baxşıyev Naxçıvan MR keçmiş Baş naziri Əlövsət Baxşıyevin qardaşı oğludur. O, 2022-ci ilin avqustunda Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 3 il azadlıqdan məhrum edilmişdi.(Qafqazinfo)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*