Saakaşvili Gürcüstanın baş naziri olmaq istəmirbackend

Saakaşvili Gürcüstanın baş naziri olmaq istəmir

Mixeil Saakaşvili Gürcüstanın baş naziri vəzifəsinə namizədliyini geri götürüb.

KONKRET.az “Report”-a istinadən xəbər verir ki, bu barədə o, özü bildirib.

“Məni heç bir vəzifə, həmçinin Gürcüstanın baş naziri vəzifəsi də maraqlandırmır. Lakin məni evə qayıda bilməməyim narahat edir”, – o deyib.

M.Saakaşvilinin sözlərinə görə, müxalifət hökuməti formalaşdırmaq üçün Gürcüstan xalqı üçün məqbul olan şəxsləri tapmalıdır.

Qeyd edək ki, Gürcüstanın “Güc birlikdədir” müxalif birliyi bu ilin sentyabrın əvvəlində sabiq prezidenti hökumət başçısı vəzifəsinə namizəd kimi irəli sürmüşdü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*