Sabah toyu olacaqdı… – Qəzada öldübackend

Sabah toyu olacaqdı... - Qəzada öldü

Ötən gecə Yevlax rayonu ərazisində ağır yol qəzası baş verib.

KONKRET.az xəbər verir ki, Qaraoğlan kəndi ərazisində Şəki rayonunun Böyük Dəhnə kənd sakini 1996-cı il təvəllüdlü Elnur Şubay oğlu Abdullayevin idarə etdiyi “Opel” markalı avtomobil “Mercedes” markalı yük maşınına çırpılıb.

Nəticədə 28 yaşlı E.Abdullayev aldığı ağır xəsarətlərdən vəfat edib. Yaxınlarının sözlərinə görə, Elnur Abdullayev nişanlı imiş və Şəkiyə toyu ilə əlaqədar gedirmiş. Sabah cütlüyün qız toyu keçiriləcəkmiş.

Qeyd edək ki, o, dərman satışı firmalarından birində satış müdiri vəzifəsində çalışırmış.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*