Xorvatiya Dövlət Seçki Komissiyasının nəticələrinə görə, keçmiş Baş Nazir Zoran Milanoviç 5 yanvarda keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlib.
KONKRET.AZ xəbər verir ki, seçicilərin 52,7%-i Zoram Milanoviçə səs verib.
Məlumatda prezident seçkiləri zamanı 3,8 milyondan çox seçicidən təxminən 55 faizinin səs vermədə iştirak etdiyi bildirilir.
Qeyd edək ki, Xorvatiyada prezident beş ildə bir dəfə seçilir.
Zoran Milanoviç 2011-ci ilin dekabrından 2016-cı ilin yanvarına qədər Xorvatiyanın Baş Naziri vəzifəsini icra edib, 53 yaşı var.
