KONKRET.az xəbər verir ki, erməni polis əməkdaşları rusiyalı həmkarları ilə birlikdə Zelenoqradda keçmiş deputat, “Alrahaçi Levik” ləqəbi ilə tanınan Levon Sarkisyanı həbs ediblər. Bu barədə Ermənistan Polisinin mətbuat xidməti məlumat yayıb.

Polis hesabatında Sarkisyanın axtarıldığı qeyd edilib. O, Ermənistan Cinayət Məcəlləsinin 175-ci maddəsinin 3-cü hissəsinin 1-ci və 2-ci hissələrinə (ağır bədən xəsarəti ilə soyğunçuluq) və 223-cü maddənin 2-ci hissəsində (cinayətkar birlik yaratmaq və ya cinayət icmasında iştirak etmək) ittiham olunur.