Şabranda yaşadıqları evi tərk edən COVID-19 xəstələri müəyyən edildi – FOTObackend

Şabranda yaşadıqları evi tərk edən COVID-19 xəstələri müəyyən edildi - FOTO

Şabran rayonunda yaşadığı ünvanı tərk edən “COVID-19” xəstələri müəyyən edilib.

KONKRET.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran rayon sakinləri İ.Əliyevə və A.Tacıyevə COVID-19 virusuna yoluxduqları üçün ev şəraitində müalicə təyin edilib. Lakin hər iki şəxs qaydalara əməl etməyərək yaşadıqları evi tərk edib və virusun yayılmasına şərait yaradıblar.

Polis əməkdaşları tərəfindən onların olduqları yerlər müəyyən edilib və dərhal yaşadıqları ünvanlara geri qaytarılıblar.

Faktlarla əlaqədar İ.Əliyev və A.Tacıyev barəsində Şabran RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*