SAFARYAN: “Erməni qanı bu gün Abşeron neftindən ucuzdur”backend

SAFARYAN: "Erməni qanı bu gün Abşeron neftindən ucuzdur"

“Erməni qanı bu gün Abşeron neftindən ucuzdur”.

KONKRET.az xəbər verir ki, bu fikirləri tanınmış erməni ictimai xadimi Aşot Safaryan özünün məqaləsində bildirib.

O, vurğulayıb ki, “Azərbaycan bu yaxınlarda Avropaya qaz tədarükünü 30%-ə qədər artırmağa söz vermiş Avropa İttifaqının ən etibarlı və əsas tərəfdaşıdır.

Hansı ki, qarşıdan gələn qış və Rusiya ilə getdikcə daha radikal ziddiyyətlər fonunda onu sadəcə olaraq Köhnə Dünyanın xilaskarına çevirir”.

A.Safaryan daha sonra vurğulayıb ki, “Azərbaycan Avropada səxavətli ölkə kimi uzunmüddətli xeyriyyəçi kimi bir sıra tarixi və mədəniyyət abidələrinin qorunması və bərpasında iştirak edib”.

Erməni politoloq Azərbaycanın vitse-prezidenti Mehriban Əliyeva haqqında isə bunları yazıb:

“Mehriban Əliyeva YUNESKO-nun səfiri kimi bu təşkilatın parlaq nümunəsi və simvoludur. O, eyni zamanda Fransanın Fəxri Legion ordeni ilə təltif edilib”.

Aşot Safaryan ironiya ilə bildirib ki, belə bir ölkə ağır artilleriya və dronlarla Ermənistanı “ütüləyirsə”, onun qarşısını kim ala bilər:

“Avropa bu gün özünə sadəcə bir sadə sual verməlidir. Və mümkün qədər dürüst cavab verməyə çalışmalıdır.

Azərbaycan kimdir?”.

Safaryan məqaləsində Azərbaycanı ittiham etməklə Avropanı sərt qınayıb: “Bizim qanımız sizin üçün həmişə Abşeron neftindən ucuz olub, xüsusən də Britaniyanın bir meqakorporasiyası üçün”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*