Şahzadə Harrinin adı reperin qalmaqallı məhkəmə işində hallanırbackend

Şahzadə Harrinin adı reperin qalmaqallı məhkəmə işində hallanır

Şahzadə Harrinin adı reper P.Diddi ilə qalmaqalda hallanır.

KONKRET.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Mənbənin sözlərinə görə, şahzadənin adı prodüser Rodni Consun 30 milyon dollarlıq iddiası ilə bağlı məhkəmə sənədlərində keçir. Materiallarda iddia olunur ki, əsl adı Şon Kombs olan reper öz prodüserini müxtəlif qızlarla intim münasibətdə olmağa məcbur edir.

İttiham tərəfi həmçinin israr edir ki, Kombs insan alveri və cinsi istismarla bağlı şənliklərə ev sahibliyi edib. Şahzadə Harrinin adı siyahıya reper və onun əlaltılarının kral ailəsinin nüfuzlu üzvləri ilə tanışlığa görə düşüb. Iddia edilir ki, bu səbəbdən o, özünün cəzasız qalacağına inanıb.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*