Şahzadə Salman məşhur amerikalı aktrisa ilə sevgilidi – FOTObackend

Şahzadə Salman məşhur amerikalı aktrisa ilə sevgilidi – FOTO

Səudiyyə Ərəbistanı şahzadəsi Muhamməd bin Salmanın məşhur amerikalı aktrisa Lindsey Lohanla sevgili olduqları haqda iddia yayılıb.

KONKRET.AZ xarici mediaya istinadla xəbər verir ki, bu barədə aktrisanın atası Mişel Lohan açıqlama verərək cütlük arasında platonik və səviyəli münasibətlərin olduğunu deyib:

“Qızım Orta Şərqdə çalışarkən Muhamməd bin Salmanla tanış olub. Bölgədəki insanlara, xüsusilə də qaçqınlara kömək etmək üçün işləyir.

Heç kim Lindseyin Suriyada etdiyi yaxşı işlər barəsində yazmır. Sadəcə pis şeylər eşitmək istəyirlər. Lakin Salman ilə aralarında platonik və hörmət dolu sevgi münasibətləri var”.

Qeyd edək ki, Səudiyyəli şahzadə ilə aktrisa arasında yayılan sevgi dedi-qoduları daha əvvəl də mediaya yansıyıb. Çıxan xəbərlərdə 33 yaşlı aktrisa Lohan və Şahzadənin davamlı olaraq mesajlaşdığı, hətta vəliəhdin Lohana şəxsi kartını verdiyi də iddialar arasında yer alıb.

Lindsey Lohan və Salmanın ötən il “Fornula 1” yarışında tanış olduqları bildirilib.

Xatırladaq ki, bir neçə il bundan əvvəl paparazilərin obyektivinə tuş gələn aktrisa əlində Qurani-Kərimlə görüntülənib.

Hazırladı: Firuzə ALİMOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*