Salman İmanlını danışdıran səbəb bilindi – TÜKÜRPƏDİCİ FAKT – ƏTRAFLIbackend

Salman İmanlını danışdıran səbəb bilindi – TÜKÜRPƏDİCİ FAKT - ƏTRAFLI

Bu dünyada ən asan məsələ kimlərəsə irad tutmaq, kimlərisə tənqid etməkdir. Ona görə ki, hamımız, hər şeydən narazıyıq, bircə öz ağlımızdan razıyıq. Çox vaxt danışanda özümüzü qarşı tərəfin yerinə qoymuruq, onun vəziyyətini və hansı şərtlərlə ayaq üstə durduğunu belə düşünmürük. Mən bu gün N qədər adam sayaram ki, ömrü boyu maaş cədvəlinə imza atmayıb, amma hər zaman hamıdan yaxşı yaşayıb. Və məhz belə “hazırın naziri” olanlar hər zaman cəmiyyətə və hakimiyyətə yuxarıdan aşağı baxıblar. Fürsət düşdükcə həm xalqı, həm də iqtidarı baltalayıblar. Çünki  vicdanı və əqidəsi olan istənilən şəxs faydalı əməklə məşğul olmalıdır.

Hansısa məsuliyyətin altına çiynini verməlidir. Ən azı insani ünsiyyət üçün cəmiyyətin hansısa fazasında təmsil olunmalıdır. Əlbəttə ki, biz əqidəli və vicdanlı adamdan danışırıq. Lakin bu keyfiyyətlərə malik olmayan fərdlər istənilən yola gedir, istədikləri ambisiyalarını ortaya qoyurlar. Ən pisi odur ki, belələri cəmiyyətə əxlaq dərsi keçirlər. Onlardan biri də Qurban Cəlal oğlu Məmmədovdur. Son 28 ildə heç bir maaş cədvəlinə qol çəkməyən, real gəliri olmayan Qurban Məmmədovun milyonları var.  Soruşan, maraqlanan da yoxdur ki, “bəy, bu qədər var-dövlət səndə hardandır?”

Amma bu qədər var dövlətin, zəhmətsiz gəlirin qarşısında Qurban Məmmədov cəmiyyətə xor baxır, qarşısına çıxanın üstünə çamur atır. Özünü cəmiyyətdə ən ağıllı və müdrik adam kimi görür. Nə yazıq ki, bəzi “soydaşlarımız” da onun “tırkasına” gedir. Belələrindən biri də Ümid Partiyasının Gəncə şəhər təşkilatının sədri Salman İmanlıdır.

  • Salman bəy həftə səkkiz, mən doqquz Qurban Məmmədovun Youtube kanalının “qonağı” olur. Və saatlarla ağız-ağıza verib bu xalqa mənəviyyatdan “dərs keçirlər”. Mən Salman İmanlını dərindən tanımıram. Lakin ilk baxışdan böyük iddia sahibi olduğu görünür. Mən iddiaçı olmağa pis baxmıram. Amma iddiaçı olub, çirkab içində yaşamağa pis baxıram.

Bax, Salman İmanlı çirkab içində yaşaya-yaşaya başqalarına da çamur atanlardandır. Necə deyərlər: “Öz gözündə tiri görməyib, özgə gözündə tük axtarır”. Deyə bilərsiniz ki, yaxından tanımadığınız Salman İmanlının çirkab içində olduğunu hardan bilirsiniz?

Cavab verirəm: Birincisi, onun çıxışlarındakı fikirlərin əndazəyə sığmamasından və məsuliyyətsiz danışığından.

İkinci əsasım isə daha tükürpədicidir. Deməli, hüquq mühafizə orqanlarının bu yaxınlarda keçirdiyi əməliyyat zamanı Salman İmanlının yaxın qohumu və eləcə də qızının əri olan Eldəniz İmanlı narkoticarət üstündə saxlanılıb. 21 yanvar 2021-ci tarixdə Salman İmanlının kürəkəni marixuana satışı həyata keçirərkən yaxalanıb. Satmaq istədiyi narkotik maddənin “qara bazar” qiyməti də nə qədər olsa yaxşıdır? Düz 300 min manat.

Cinayətkar DİN Gəncə ŞBPİ tərəfindən saxlanılıb. Eldəniz İmanlı və onun bibisinə məxsus evlərdə keçirilmiş axtarış zamanı 11 qutuda, ümumi çəkisi 32 kiloqram olan qurudulmuş marixuana aşkar edilib. Vəssalam…

Belələri haqqında deyiblər eyy “Adımı sənə qoyum, səni də yana-yana”. Ocağının başında oturanın qatı cinayətkar və bu millətin genefondunu məhv edən bir varlıq olduğunu bilən Salman İmanlı düzlükdən, ədalətdən danışır. Özünün və ailəsinin yediyi çörəyin millətin qanından yoğrulduğunu bilən Salman İmanlının bəs ədalət tərəzisi harda qaldı? Və bütün bunlardan sonra vicdanı olan adam gərək özünü asa. Bəli, vicdanı olan adam…

Yəqin ki, sabah çıxıb efirlərdən deyəcək ki, “uşağı şərləyiblər”. Amma bu böyüklükdə cinayətin nə izahı, nə yozumu, nə də ki bəraəti var. Sadəcə böyük töhməti və ağır cəzası var.

İndi bəlli olur ki, Salman İmanlının şümal geyinməsinin, ötkəm və bəlağətlə danışmasının səbəbi nədir. O da Qurban Məmmədov kimi cinayət yolu ilə “qazandığı” yüz minlərin üstündə oturub zəvzək-zəvzək danışır. Adamı danışdıransa hər zaman pul olub. Kasıbın heç heyi olur ki, nəsə danışsın, desin. Şəxsən mən bunu görməmişəm. Bəs, əziz oxucu, Siz necə, görmüsünüz?…

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*