Sarkisyan: “Əgər Süniki biz qoruya bilməsək, İran bu torpaqları ələ keçirəcək”backend

Sarkisyan: "Əgər Süniki biz qoruya bilməsək, İran bu torpaqları ələ keçirəcək"

“Rusiya hərbi bazası və ya Rusiya sülhməramlıları çıxarılarsa, ciddi boşluq yaranacaq. Bu boşluğu kimin dolduracağını isə anlamaq vacibdir”.

KONKRET.az xəbər verir ki, bunu politoloq Suren Sarkisyan deyib.

Onun sözlərinə görə, “Nə Aİ, nə ABŞ, nə də bütövlükdə Qərb bizə gözlədiyimizi və tələb etdiyimizi verməyə hazır deyil”. Sarkisyan NATO-nun, amerikalıların və ya avropalıların Rusiya Silahlı Qüvvələrinin çıxarılmasından sonra yaranmış boşluğu doldurmağa hazır olduğuna əmin deyil. Bundan əlavə, ekspert unutmamağa çağırıb ki, məsələn, sülhməramlı missiyanı həyata keçirmək üçün hər iki münaqişə tərəfinin icazəsi lazımdır, lakin nə indiki mərhələdə, nə də Rusiyanın sülhməramlı missiyasının müddəti başa çatan 2,5 ildən sonra Azərbaycan buna razılıq verməyəcək.

İranın rolundan danışan Sarkisyan qeyd edib ki, rəsmi Tehran erməni Sünikini sadəcə Ermənistanla sərhəd hesab etmir, Tehran üçün bu, strateji əhəmiyyətli ərazidir. Ona görə də məlum olarsa ki, Ermənistan bu ərazini qoruya bilməyəcək, məhz onda İran hərəkətə keçərək bu torpaqları öz əlinə almağa çalışacaq. “Hipotetik olaraq, bu, baş verə bilər. Ona görə də İranın maraqlarını başa düşmək və nəzərə almaq lazımdır”.

Sarkisyan vurğulayıb ki, düzgün xarici siyasət xətti qurmaq üçün Ermənistan öz maraqlarını ilk növbədə İranın, həm Rusiyanın, həm də ABŞ-ın maraqları ilə balanslaşdırmalıdır. Ermənistanın düşdüyü indiki vəziyyət belə işlərin aparılmamasının nəticəsidir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*