Sarkisyan yenidən Baş Qərargah rəisi ilə GÖRÜŞDÜbackend

Sarkisyan yenidən Baş Qərargah rəisi ilə GÖRÜŞDÜ

Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanla görüşüb.

KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Ermənistan prezidentinin Mətbuat xidməti yayıb.

Bildirilib ki, görüşdə Ermənistandakı vəziyyət müzakirə olunub.

Qeyd edək ki, fevralın 25-də Ermənistanın baş naziri Nikol Paşinyan onun işdən azad olunması ilə bağlı ölkə prezidenti Armen Sarkisyana təqdimat göndərib. Ancaq Armen Sakrisyan baş nazirin təqdimatnı imzalamayıb. Ermənistan konstitusiyasına əsasən, silahlı qüvvələrin rəhbərliyini baş nazir vəzifədən azad etmir. Konstitusiya Məhkəməsi prezidentin müraciətinə əsasən, 5 gün müddətinə qərar qəbul etməlidir. Məsələ 8 gün ərzində öz həllini tapmazsa, baş nazirin təqdimatı qüvvəyə minəcək. Martın 4-də 8 gün tamam olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*