Sarkisyanın etirafları: “Aprel döyüşlərində Laçın dəhlizində tıxaclar yaranmışdı”backend

Sarkisyanın etirafları: "Aprel döyüşlərində Laçın dəhlizində tıxaclar yaranmışdı"

“2016-cı ilin aprelində 4 günlük müharibədən sonra Laçın dəhlizində böyük tıxaclar yaranmışdı”.

KONKRET.az xəbər verir ki, bu etirafı Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan edib.

O, həmin hadisələri belə xatırlayıb:

“2016-cı ildə mən Stepanakertə (Xankəndi) getdim, rəhbərliyi dəvət etdim və deputatları zəif xarakterlərinə və aydın olmayan mövqelərinə görə qınadım. Məndən soruşdular ki, danışıqlar prosesinin nəticəsini və Dağlıq Qarabağın taleyini necə görürəm? Mən dedim ki, problem qarşılıqlı kompromislər əsasında həll edilməli, Azərbaycan Dağlıq Qarabağa öz müqəddəratını təyinetmə hüququ verməlidir, erməni tərəfi Azərbaycanın 5 rayonunu Bakıya qaytarmalıdır. Azərbaycan Dağlıq Qarabağın öz müqəddəratını təyin etmək hüququnu tanımalıdır.

Məndən soruşdular ki, bir prezident kimi məqsədim nədir, torpağı niyə təhvil verməliyik. Dedim ki, əgər belə mövqe tutacağıqsa, bir gün hamınız İrəvanda yığışıb “Stepanakert, Stepanakert” oxuyacağıq. Tək mən yox, həmsədrlər də (ATƏT-in Minsk Qrupu) onlara bu barədə, bütün danışıqlar prosesi haqqında məlumat veridi”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*