Saxta pulla saxlanılan erməni futbolçu HƏBS EDİLDİbackend

Saxta pulla saxlanılan erməni futbolçu HƏBS EDİLDİ

Rusiyanın “Tsarskoe Selo” həvəskar komandasının futbolçusu Karen Qriqoryan həbs olunub.

KONKRET.az  “championat” nəşrinə istinadən xəbər verir ki, erməni yarımmüdafiəçi satmaq məqsədi ilə saxta əskinas hazırlamaqda şübhəli bilinir.

Əməlini etiraf edən Qriqoryan Puşkinski Rayon Məhkəməsinin qərarı ilə bu ilin mayınadək azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Karen Qriqoryan 2019-cu ilin aprelində İtaliya “Fiorentina”sının hücumçusu Aleksandr Kokorin və Rusiya “Rostov”unun yarımmüdafiəçisi Pavel Mamayevin məhkəməsində şahid olub. O, Kokorinin yaxın dostudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*