“Seçkilərdən sonra siyasi böhran ola bilər” – Sarkisyanbackend

"Seçkilərdən sonra siyasi böhran ola bilər" - Sarkisyan

“Əgər seçkilər indiki konstitusiya şərtləri ilə keçirilsə, növbədənkənar parlament seçkilərindən sonra Ermənistanda daxili siyasi böhranın davam edəcəyini istisna etmək olmaz”

KONKRET.az xəbər verir ki, bunu Ermənistan prezidenti Armen Sarkisyan yerli “Aravot.am” portalına müsahibəsində deyib.

“Əgər biz konstitusiyamızın islahata ehtiyacı olduğunu düşünürüksə, siyasi qüvvələrin seçkilərdən sonra bir-birini yenidən ittiham etməməsini istəyiriksə, onda mən irəli sürdüyüm təklifimin üzərində işləməyimizdə inad edəcəm”, – o vurğulayıb.

“Əks təqdirdə seçkilərdən sonra təəssüf ki, siyasi böhrana yenidən gətirib çıxara bilən müxtəlif qərarlar mümkündür”, – Sarkisyan əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*