Belarusda prezident seçkiləri 2025-ci il yanvarın 26-da keçiriləcək.
KONKRET.az xəbər verir ki, bu barədə BelTA məlumat yayıb
Qeyd edək ki, hazırki prezidenti Aleksandr Lukaşenko namizədliyini hələlik açıqlamayıb. Əgər namizədliyi irəli sürülsə, bu, onun yeddinci cəhdi olacaq.
Xatırladaq ki, 2020-ci ilin avqustunda keçirilən son seçkilərdə Aleksandr Lukaşenko 80,1 faiz səslə qalib gəlib.
Məlik,
KONKRET.az