Noyabrın 11-də yerli vaxtla saat 04:58-də Naxçıvan stansiyasından 83 km cənub-qərbdə İran ərazisində zəlzələ qeydə alınıb.
KONKRET.AZ xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Zəlzələnin maqnitudası 4,5, dərinliyi 10 kilometr olub.
Zəlzələ Culfa və Ordubad rayonlarında zəif hiss olunub.
Qeyd edək ki, noyabrın 8-də yerli vaxtla saat 02:47-də İran ərazisində baş verən zəlzələ də Azərbaycanın sərhəd rayonlarında – Astara, Lənkəran, Lerik, Yardımlı, Masallıda hiss edilmişdi.
