Bakının Sahil qəsəbəsi 20-ci sahə ərazisində marşrut avtobusu mikroavtobusla toqquşub.
KONKRET.AZ xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, Təcili Tibbi Yardıma çağırış saat 07:32-də daxil olub.
İlkın məlumata görə, 6 nəfər xəsarət alıb. 51, 28, 43, 34 yaşlı kişilər, 6 yaşlı qız müxtəlif dərəcəli travmalarla KTM-ə çatdırılıblar .
17 yaşlı oğlana yerində yardım edilib.
