Şəhid övladları üçün şənlik – VİDEObackend

Şəhid övladları üçün şənlik - VİDEO

Uşaqların Şaxta Babaya ünvanladıqları arzuları yerinə yetirilib.

KONKRET.AZ bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Zəfər” Şəhid ailələrinə dəstək İctimai Birliyi ilə birgə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində şəhid övladlarını şənləndirib.

Şəhid övladları üçün təşkil olunan şənlik Yeni ilin əsas qəhrəmanları olan Şaxta Baba və Qar qızın iştirakı ilə keçib.

Şəhid övladlarının Şaxta Babaya ünvanladıqları məktublar nazirliyin əməkdaşları tərəfindən oxunub və yerinə yetirilib.

Qeyd edək ki, Şaxta Baba uşaqların hər birini bayram münsaibəti ilə təbrik edib və onları hədiyyələrlə sevindirib.

Şaxta Baba məhz uşaqların yazdıqları məktublarda istədikləri hədiyyələrlə onların görüşünə gəlib.

Tədbirdə eyni zamanda xüsusi müsabiqələr, əyləncəli oyunlar təşkil olunub.

Balaca Nuray şənliyi bu cür yadda saxlayıb:

Sonda yolka ağacı ətrafında tolpaşan uşaqlar Qar Qız, Şaxta Baba və digər qəhrəmanlarla birgə əyləniblər. (realtv.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*