19 yaşlı şəhidimiz dəfn olundubackend

19 yaşlı şəhidimiz dəfn olundu

Xəbər verdiyimiz ki, dünən dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan ordusu yeddi şəhid verib.

KONKRET.az xəbər verir ki, onlardan biri – əsgər Ağayev Elçin Mərifət oğlunun nəşi Cəlilabada gətirilib.

Onun nəşi rayonun Soyuqbulaq kəndində ailəsinə təhvil verilib.

Vida mərasimindən sonra şəhidimiz şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Elçin Ağayev 2002-ci ildə Cəlilabad rayonunun Soyuqbulaq kəndinə doğulub.

19:31

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan Ordusunun əsgəri Elçin Ağayevin nəşi ailəsinə təhvil verilib.

KONKRET.az Report-a istinadən xəbər verir ki, onun nəşi Cəlilabad şəhərində ailəsinin yaşadığı evə gətirilib.

Şəhid vida mərasimindən sonra Cəlilabad şəhər qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Elçin Ağayev 2002-ci ildə Cəlilabad rayonunun Soyuqbulaq kəndinə doğulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*