Şəhidin adını LGBT ilə hallandıranlara ailəsindən sillə kimi cavab – VİDEObackend

Şəhidin adını LGBT ilə hallandıranlara ailəsindən sillə kimi cavab - VİDEO

Dövlət Dəniz Agentliyinin keçmiş mətbuat xidmətinin rəhbəri Tural Müseyibov sosial şəbəkələrdə adı LGBT üzvü kimi hallanan şəhid Şaiq Kəlbiyevin ailəsi ilə görüşüb.

KONKRET.az xəbər verir ki, bu barədə T.Müseyibov şəxsi “Facebook” hesabında paylaşdığı video müraciətdə bildirib.
O, qeyd edib ki, şəhidin ailəsi Ş.Kəlbiyevin adının hansısa bir təşkilatda hallanmasını etirazla qarşılayıb:
“Mən etirazımı bildirmişəm ki, bizim şəhidimizin adını o iyrənc təşkilatla birgə çəkməsinlər. Bununla bağlı sözümü demişəm. Yazırlar ki, Tural şəhidi təhqir edib. Xeyr, təhqir etməmişəm, şəhidimizin adının o iyrənc “təşkilat”la birgə hallanmasının əleyhinəyəm. Bununla bağlı olaraq şəhidimizin ailəsi, qardaşı ilə görüşmüşəm. Qardaşı özü sizə müraciət edir ki, şəhidin adını bu təşkilatla bağlamayın. Bu günahdır və çox böyük cinayət edirsiniz. İnsanların əsəbi ilə oynamayın. Bu yaxşı hal ola bilməz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*