Şəhidlərimizin cənazəsi izdihamla qarşılandı – VİDEObackend

Şəhidlərimizin cənazəsi izdihamla qarşılandı - VİDEO

Bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib və döyüş nəticəsində 3 hərbi qulluqçumuz şəhid olub.

KONKRET.az xəbər verir ki, Tovuz sakinləri şəhidlərimizin cənazəsini izdihamla qarşılayıb, “Şəhidlər ölməz, vətən bölünməz” şüarını səsləndiriblər.

Qeyd edək ki, şəhidlərimiz Sadıqov Vüqar Lətif oğlu, Məmmədov Elşad Dönməz və Daşdəmirov Xəyyam Məhəmməd oğludur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*