Şəkər ixracına qoyulan qadağa uzadılmayacaq – Ucuzlaşacaq?backend

Şəkər ixracına qoyulan qadağa uzadılmayacaq - Ucuzlaşacaq?

Avqustun 31-dək qüvvədə olan Rusiyadan şəkər ixracına qoyulan qadağanın uzadılması planı yoxdur.

KONKRET.az xəbər verir ki,bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən “RİA Novosti”-yə məlumat verilib.

“Hazırda avqustun 31-dən sonra qamış və ya çuğundur şəkərinin, kimyəvi cəhətdən təmiz saxaroza ixracına qoyulan müvəqqəti qadağanın uzadılması planlaşdırılmır”, – məlumatda bildirilir.

Nazirlik aydınlaşdırıb ki, gələcək qərarlar yeni mövsümdə şəkər çuğunduru yığımından asılıdır və “onlar Aİİ-dəki tərəfdaşlarla razılaşdırılaraq nəzərdən keçiriləcək”.

Rusiya Federasiyasından şəkərin ixracına müvəqqəti qadağa daxili ərzaq bazarının sabitliyini qorumaq məqsədilə 2024-cü il mayın əvvəlində verilib və avqustun 31-dək qüvvədədir. Bununla belə, bir sıra istisnalar nəzərdə tutulur: EAEU ölkələrinə müəyyən həcmlərdə çatdırılma mümkündür./Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*