Şəkidə ağır yol qəzasıbackend

Şəkidə ağır yol qəzası

Bu gün axşam saat 19 radələrində Şəki-Qax avtomobil yolunun Şəki rayonu Biləcik kəndi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

 

KONKRET.az  xəbər verir ki, rayonun Şəki kənd sakini, 1978-ci il təvəllüdlü Eldar Şükür oğlu Mehdiyev idarə etdiyi “VAZ 2106” markalı, 55 BN 153 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən qarşısına çıxan atı vurub. Sonra minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza zamanı sürücü E.Mehdiyev hadisə yerində ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*