Səmərqənddə Türkiyənin baş konsulluğu açıldıbackend

Səmərqənddə Türkiyənin baş konsulluğu açıldı

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Özbəkistana səfərə gedib. Çavuşoğlu səfər çərçivəsində Səmərqənd şəhərində Türkiyənin Baş Konsulluğunun açılış mərasiminə qatılıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, tədbirdə Özbəkistan baş nazirinin müavini, Turizmin inkişafı üzrə Dövlət Komitəsinin sədri Aziz Abduxakimov və digər rəsmi şəxslər iştirak ediblər.

XİN rəhbəri çıxışında xatırladıb ki, Özbəkistan müstəqillik əldə edərkən, bu ölkəni ilk tanıyan və ilk səfirlik açan məhz Türkiyə olub.

Qeyd edək ki, Çavuşoğlunun Daşkənddə bir sıra görüşlər keçirəcəyi nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*