Şəmkir rayon Düyərli kəndində iki nəfəri elektrik cərəyanı vuraraq öldürüb.
KONKRET.az xəbər verir ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Qeyd edək ki, hadisə baş vermiş evdə hadisədən bir az öncə yanğın hadisəsi də qeydə alınıb.
İlkin məlumata əsasən, yanğın olan evdə elektrik cərəyanı dövrədən açılıb. Daha sonra elektrik cərəyanı təkrar dövrəyə qoşulan zaman 2008-ci il təvəllüdlü Nəsibova Pərvin Habil qızı və 1993-cü il təvəllüdlü İsmayılov Hümbət ikram oğlunu ehtiyatsızlıqdan cərəyan vuraraq öldürüb
Faktla bağlı araşdırma aparılır.(report)