Şəmkirdə yol qəzasında ölənlərin kimliyi məlum olub – FOTO/VİDEObackend

Şəmkirdə yol qəzasında ölənlərin kimliyi məlum olub - FOTO/VİDEO

Şəmkirdə yol qəzasında ölən şəxslərin kimliyi məlum olub.

KONKRET.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, Şəmkir rayon sakinləri – 2018-ci il təvəllüdlü Əliyeva Həyat Rəşad qızı, 1994-cü il təvəllüdlü Orucova Nübar Dilqəm qızı, 1974-cü il təvəllüdlü Orucov Vüqar Bayram oğlu, 1970-ci il təvəllüdlü Orucov Dilqəm Bayram oğlu və 1971-cü il təvəllüdlü Orucova Rəsmiyyə Nürəddin qızıdır.

“Mitsubishi Pajero”nun sürücüsü Abdıyev Turalın “VAZ-21011” markalı avtomobildə həlak olanlarla qohum olduğu bildirilir. Hadisə ailənin “VAZ-21011”lə toy məclisindən qayıdarkən baş verib.

“VAZ-21011” markalı avtomobildə ölən 5 nəfərdən başqa bir nəfər – Əliyev Rəşad Rasim oğlu ağır xəsarət alıb. Şəmkir Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən yaralı əməliyyat olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*