Bu gün uzun müddət Xaçmaz Rayon İcra Hakimiyyətinə rəhbərlik etmiş Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev 86 yaşında vəfat edib. Şəmsəddin Xanbabayev fəaliyyəti dövründə müxtəlif vəzifələrdə çalışıb.
Əmək fəaliyyətinə 1963-cü ildə Bakı Ağac Emalı Kombinatında dəzgahçı kimi başlayan Ş. Xanbabayev, 1968-ci ildə həmin idarənin rəisi təyin edilir. 1976-cı ildən Naxçıvan MR Kommunal Təsərrüfatı nazirinin müavini, 1977-ci ildən Ordubad Rayon İcraiyyə Komitəsinin sədri, 1980-ci ildən Ordubad Rayon Partiya Komitəsinin birinci katibi, 1983-cü ildən Naxçıvan Şəhər Partiya Komitəsinin birinci katibi, 1990–1992-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Plan Komitəsinin sədri-Baş nazirin müavini, 1992-ci ildən Naxçıvan Muxtar Respublikasının Baş naziri, 2000–2004-cü illərdə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifələrində çalışmışdır.
2004-cü ilin oktyabrın 23-dən 2019-cu il oktyabrın 31-dək Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. Şəmsəddin Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətini tərk edən zaman KONKRET.az-a müsahibə vermişdi. Həmin müsahibəni təqdim edirik. Allah rəhmət eləsin!
KONKRET.az