Senator ürəktutmasından öldü – FOTObackend

Senator ürəktutmasından öldü - FOTO

Tümen vilayətinin Federasiya Şurasındakı nümayəndəsi Mixail Ponomarev vəfat edib.

KONKRET.az xəbər verir ki, bu barədə RİA Novosti-yə parlamentin yuxarı palatasındakı bir mənbə bildirib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, ölüm səbəbi ürək tutmasıdır. Senatorun 67 yaşı var idi.

Ponomarev Federasiya Şurası İqtisadi Siyasət Komitəsinin sədr müavini vəzifəsində çalışıb. 2016-cı ildə senator seçilib, bundan əvvəl Tümen Regional Dumasının deputatı idi.

Siyasətçi “Dostluq” və “Şərəf” ordenləri ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*