Bölgədə müharibə başa çatıb, sülh və sabitlik, inkişaf mərhələsi yaşanır. Amma belə görünür ki, Qarabağdakı separatçılar qanunsuz addımlarını davam etdirirlər. Belə anlaşılır ki, Ermənistan yekun sülhə də “Dəmir yumruq”la məcbur ediləcək.
KONKRET.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Bəhruz Məhərrəmov deyib.
O əlavə edib ki, Qarabağdakı separatçılar ya könüllü təslim olmalı, ya da bölgədə sülh və sabitliyə təhlükə yaradan qanunsuz silahlı dəstələrin məhv edilməsi gündəmə gəlməlidir:
“Müdafiə Nazirliyimizin yaydığı məlumatda qeyd edilir ki, terrorçulara Ermənistan tərəfindən dəstək verilir. Hesab edirəm ki, yekum sülhə qədər heç bir Ermənistan vətəndaşı Azərbaycan ərazilərinə buraxılmamalıdır.
Ermənistan və havadarları bilməlidir ki, 44 günlük müharibədə onları məhv edən Ali Baş Komandan, Azərbaycan Ordusu və “Dəmir yumruq” öz yerindədir”.
