“Qarabağda baş verən son hadisələr Paşinyan və Ermənistanla bağlı deyil, Azərbaycanın hərəkətləri Qarabağdakı qanunsuz separatçılara qarşı yönəlib”.
KONKRET.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, Azərbaycanın dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, Qarabağdakı separatçıların təxribatları davam edib və bu, Bakını tədbirlər görməyə məcbur edib.
“Qarabağdakı seçkilər təkcə Azərbaycanı deyil, Ermənistanı da narahat edib. Azərbaycan bunu vəziyyəti qızışdıran bir proses kimi qiymətləndirib. Xəbərdarlıqlar edilib, lakin buna baxmayaraq, heç nə dəyişməyib. Əksinə, proses davam edib, ondan sonra Azərbaycan da addım atdı. Və antiterror əməliyyatını tez başa vurdu. Mənə 90-a yaxın mühüm hədəfin vurulduğu barədə məlumat verilib”, – deyə Türkiyə prezident bildirib.
Ərdoğan əlavə edib ki, Azərbaycan lideri İlham Əliyevlə telefon danışığı zamanı bu istiqamətdə işlərin başa çatmasından və problemlərin olmamasından danışıb.