Sergey Markov: “Paşinyan hər an hakimiyyətdən uzaqlaşdırıla bilər”backend

Sergey Markov: "Paşinyan hər an hakimiyyətdən uzaqlaşdırıla bilər”

Azərbaycan oktyabrın 18-də Müstəqillik Gününü bayram edir. Azərbaycanın bütün dostları ölkə rəhbərliyini və xalqını Müstəqillik Günü münasibətilə təbrik edir və əmin-amanlıq arzulayırlar.

KONKRET.az xəbər verir ki, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru, politoloq Sergey Markov bu barədə öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, bu il Azərbaycan Müstəqillik Gününü Dağlıq Qarabağda hərbi uğurlarla bağlı böyük vətənpərvərlik coşmuşu ilə bayram edir. Azərbaycan ordusu Ermənistan tərəfindən 25 ildən çox müddətdə zəbt edilmiş ərazilərinin 10 faizini artıq öz nəzarəti altına alıb. Hücum davam edir.

Politoloq yazıb: “Ermənistanın baş naziri, bu müharibənin əsas səbəbkarı, Ermənistanın siyasi və hərbi məğlubiyyətlərinin əsas səbəbkarı Nikol Paşinyan, hər an hakimiyyətdən uzaqlaşdırıla bilər”, – deyən politoloqun fikrincə, “Orada hakimiyyət hərbi komitəyə ötürülə bilər. Buna səbəb – Ermənistanın açıq-aşkar hərbi məğlubiyyəti, bir də odur ki, Rusiya açıq-aşkar Sorosun əlaltısı olan Paşinyana kömək göstərmək istəmir. Hərbi əməliyyatlar zamanı Azərbaycan ordusu əyani şəkildə göstərdi ki, o, daha yaxşı təchiz olunub, daha yaxşı hazırlaşıb və görünür, onun döyüş ruhu da yüksəkdir, çünki o, öz əraziləri uğrunda vuruşur. Axı Rusiya da, dünya birliyi də Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır”.

  • İbrahim
    Oktyabr 18, 2020 - 21:19

    Bu terrorist ermənistan mətbuatı deyir ki biz Azərbaycan ordusunu qırırıq üstünlük bizdədir.Ay şərəfsizlər bəs onda niyə atəşkəs üçün yalvarırsan bəs niyə gündə rusiyaya və ya başqa ölkələrə zəng vurursan deyirsən aman günüdü Azərbaycanı dayandırın. Çünki işğal etdiyin əraziləri itirirsən. .Ay tülkü paşinyan öz xalqını niyə aldadırsan.o dığaları niyə qırdırırsan! Bəs deyirdin qarabağ ermənistandır. İndi də deyirsən qarabağ öz müqəddəratını təyin etmək hüququndan istifadə edəcək. Hətta Qarabağ ətrafındakı 7 rayonu da qarabağa aid edib saxta xəritə tərtib edərək qaytarmaq istəmirdin?
    İşğalçı dövlətə heç kim kömək edə bilməz.Xocalıda uşaqları öldürəndə faşistlər kimi deyib gülürdünüz indi isə onların hesabını verirsiniz. paşinyanın bir çıxış yolu var ki arvadı akopyanı aparıb verə kim-yonqa (şimali koreya prezidenti) bəlkə o tülkü paşinyana kömək eliyə.
    Çağır asala terror təşkilatını və ya pkk- nı gəlib sənə kömək eləsin!
    terrorist faşist şərəfsiz paşinyan sonun gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*