“Sərhədləri müəyyənləşdirin” – ABŞ-dan Azərbaycan və Ermənistana daha bir ÇAĞIRIŞbackend

"Sərhədləri müəyyənləşdirin" - ABŞ-dan Azərbaycan və Ermənistana daha bir ÇAĞIRIŞ

ABŞ Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyası məsələsinin həlli üçün konstruktiv əməkdaşlığa çağırır.

KONKRET.az trend-ə istinadən bildirir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir.

“ABŞ Ermənistanla Azərbaycan arasında intensiv döyüş əməliyyatları barədə məlumatlardan dərin narahatlığını ifadə edib. Biz tərəfləri gərginliyin azaldılması və gələcək eskalasiyanın qarşısının alınması üçün dərhal konkret addımlar atmağa çağırırıq. Biz, həmçinin tərəfləri bütün məsələlərin, eləcə də sərhədin demarkasiyası məsələsinin həlli üçün birbaşa konstruktiv əməkdaşlığa çağırırıq”, – deyə bəyanatda vurğulanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*