“Serj Sarkisyan Ermənistanın son təslim olmasına qəti şəkildə imkan vermir” – Anna Mkrtçyanbackend

“Serj Sarkisyan Ermənistanın son təslim olmasına qəti şəkildə imkan vermir” - Anna Mkrtçyan

“Serj Sarkisyan Ermənistan hökumətinin son təslim olma aktını imzalamasına mane olur”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Mənim şərəfim var” fraksiyasının deputatı Anna Mkrtçyan öz Facebook səhifəsində yazıb.

“Bir sözlə, vətəni olmayan pislik təslim olmaq, ölkəni parçalamaq istəyəndə, vətəni sevən, onu nəyin bahasına olursa-olsun qorumağa çalışanlar peyda olur. Sabiq prezident Serj Sarkisyan Ermənistanın qəti şəkildə təslim olmasına və dönməz prosesə qoşulmasına imkan vermir. Buna görə də həmişə təqiblərə məruz qalır” – deyə Mkrtçyan vurğulayıb.

“Sənin təsir rıçaqların quruyub, onların gətirdiyi təsirlər iflas edib. Bununla belə, qəbul etdiyin bütün qərarlara (siyasi, şəxsi, xain və məxməri xarakterindən asılı olmayaraq) cavab veriləcək” – deyə Anna Mkrtçyan Paşinyana xitabən yazıb.

Xatırladaq ki, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan təqsirləndirilən şəxs qismində Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə dindirilmək üçün çağırılıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*