Sərnişindaşımada təkpilotlu uçuşlar mümkündürmü?-Belçikada bu suala cavab axtarılıbbackend

Sərnişindaşımada təkpilotlu uçuşlar mümkündürmü?-Belçikada bu suala cavab axtarılıb

Dünya miqyasında aviasiya sektorunun inkişafına paralel olaraq havayolu şirkətlərinin pilot ehtiyacı da artır. Amma buna baxmayaraq, şirkətlərə ticari qayğılar səbəbilə tək pilotlu uçuşların tövsiyə edildiyi məlum olub. Qeyd edək ki, təyyarə ilə sərnişin daşınması ildən-ilə artmaqdadır. Belə ki, əgər 2017-ci il statistikasına görə, 4,1 milyard sərnişin təyyarədən istifadə edibsə, 2019-ci ilin ikinci yarısında artıq bu rəqəm 4 milyarda yaxınlaşıb. Nəzərə alsaq ki, hələ ilin yarısıdır, deməli rəqəm daha da artacaq. ABŞ-ın ”Boeing” Korporasiyasının təxmin etdiyinə görə, 2036-cı ilə qədər hava daşımaları 4 dəfədən çox artacaq. Beynəlxalq Hava Daşımaçılığı Birliyi isə sərnişinlərin 2036-cı ildə 2 qat artaraq 7,8 milyarda çıxacağını ehtimal edir. Bu artıma paralel olaraq havayolu şirkətlərinin pilotlarının sayı da böyüyür. Belə ki, dünyanın havayolları donanmasına 37 min yeni təyyarənin əlavə ediləcəyi proqnozlaşdırılır. Beləliklə, gələcək 20 il içində ən azı 600 min yeni pilota ehtiyac duyulacaq. Təkcə Çində 20 il içində 100 mindən artıq pilot ştatı tələb olunacaq. Havayolu şirkətləri öz pilotlarını yetiştirərək və pilot transfer edərək müəyyən ehtiyacını ödəməyə çalışarkən, Belçikada tək pilotlu uçuşların inkişaf etdirilməsi məqsədəuyğun hesab edilir. Belçikanın paytaxtı Brüsseldə təşkil edilən Avrupa Kokpit Birliyinin toplantısında Azaldılmış Pilot Əməliyyatları (Reduced Pilot Ops) mövzusunda bir pilot tərəfindən maraqlı layihə təklif edilib. Təqdimatda tək pilotlu uçuşların şirkətlər üçün münasib olduğu vurğulanır, xüsusilə təyyarə icarədarları üçün daha əlverişli sayılır. Xüsusi vəziyyətlərdə və ya planlaşdıırlmayan hallarda təkpilotlu uçuşların əsaslandırılmasını nəzərə alsaq, perspektivdə, ümumiyyətlə, bu sistemə keçid realdır. Sadəcə bütün aviaşirkətlər bunu yeni texnologiyanın imkan verdiyi təqdirdə mümkün olacağını diqqətə çatdırır. MƏHƏMMƏDƏLİ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*