Şərq Tərəfdaşlığının artıq gücü yoxdur – Çijovbackend

Şərq Tərəfdaşlığının artıq gücü yoxdur - Çijov

Şərq Tərəfdaşlığının artıq “sementləşdirici” gücü yoxdur.

KONKRET.az xəbər verir ki, bunu Rusiyanın AB-dəki daimi nümayəndəsi Vladimir Çijov deyib.

“Deyə bilərəm ki, Şərq Tərəfdaşlığı sammitinin yekun sənədini razılaşdırmaq kifayət qədər çətin idi. Və aydındır ki, Şərq Tərəfdaşlığının ilkin olaraq diqqət mərkəzində olan dövlətlər üçün təmsil edə biləcəyi möhkəmləndirici qüvvə artıq yoxdur”, – Çijov qeyd edib.

Qeyd edək ki, dekabrın 15-də Brüsseldə Şərq Tərəfdaşlığı sammiti keçirilib. Tədbirin sonunda yekun bəyanat qəbul edilib./axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*