Sidqi Mustafayev, xanımı və qızı koronavirusdan vəfat etdibackend

Sidqi Mustafayev, xanımı və qızı koronavirusdan vəfat etdi

Əməkdar mədəniyyət işçisi, “İRS” folklor ansamblının rəhbəri Sidqi Mustafayev vəfat edib.

KONKRET.az xəbər verir ki, tarzən koronavirus infeksiyasına yoluxub. O, 73 yaşında dünyasını dəyişib.

S.Mustafayevin qızı Hökümə xanım açıqlamasında bildirib ki, atası 10 gündür xəstəxanada müalicə alıb:

“Bacım Təravət virusdan vəfat etdi. 7 gün əvvəl anam Lətifə xanım da koronavirusdan dünyasını dəyişdi. 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə alırdı. Atamı isə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yerləşdirmişdik. Xilas edə bilmədilər”.

Allah rəhmət eləsin.

Qeyd edək ki, S.Mustafayev 24 fevral 1941-ci ildə Bakı şəhərinin Balaxanı qəsəbəsində anadan olub. 1976-cı ildə Rəşid Nəsiboğlu ilə Balaxanı qəsəbəsində qədim alətlərdən ibarət olan “İRS” folklor ansamblını yaradıb. Vaxtilə “İRS” ansamblı ilə Türkiyəyə, İsveçrəyə, İrana, dünyanın bir çox ölkələrinə səfərlər ediblər.

2011-ci ildə Sidqi Mustafayev “Ən vətənpərvər ansambl rəhbəri” nominasiyasında qızıl medala layiq görülüb. 14 sentyabr 2015-ci ildə “Əməkdar Mədəniyyət İşçisi ” adına layiq görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*