Şikəst ideologiya, tarmar olan ordu və  Ermənistanın məhvi –  Şərhbackend

Şikəst ideologiya, tarmar olan ordu və  Ermənistanın məhvi -  Şərh

Ermənistan baş naziri Nikol Paşinyan özünü sülh göyərçini kimi göstərməklə siyasi rəngini dəyişir və yeni görüntü yaradır. Bir tərəfdən “sülh” tərəfdarı olan İrəvan, digər tərəfdən arsenalına yeni silahlar tədarük edir. Hindistanın, Fransanın, Cənubi Koreyanın silah bazarına milyonlar xərcləyən Ermənistan əsasən hücum silahları almaqla məşğuldur. “Sülh” istəyən  ölkənin hücum silahları almaqda məqsədi nədir? Əslində, Ermənistanın Cənubi Qafqazdakı rolu dağıdıcılıqdır və bu ölkə Qərbin əlində vasitədir. Lazım olanda erməni kartını ortaya atan Qərb, onlardan öz məqsədi üçün istifadə edir.  Bu gün də eyni ssenari davam edir. İndi Qərbin məqsədi Ermənistandan Rusiyanı sıxışdırıb çıxartmaqdır. Eyni zamanda regionda destruktiv mövqe tutan Ermənistan vasitəsi ilə Türkiyə və Azərbaycana təsir etmək, onların daxili işlərinə burunlarını soxmaqdır. İki il əvvəl Avropa İttifaqının Müşahidə Missiyası Ermənistan ərazisinə yerləşdiriləndə onların sayı cəmi 200 nəfər idi. Daha sonra Fransanın dəstəyi ilə müşahidəçilərin sayı çoxaldı və Azərbaycanla sərhəddə yerləşdirildi. Tərkibi avropalı kəşfiyyatçılardan ibarət olan Aİ müşahidəçilərinin son günlər sərhəddə tez-tez görünmələri, onların hərəkətliliyi “qonaqların” nəyəsə hazırlaşdığına işarədir. Hər gün əllərində binokl  Azərbaycan ərazilərinə boylanan Avropanın kəşfiyyat dəstələri topladıqları kəşfiyyat məlumatlarını Ermənistana deyil, birbaşa Aİ-yə göndərir və yeni planlar tərtib olunur. Həmin kəşfiyyat məlumatlarına əsasən Ermənistana lazım olan silahlar ötürülür və strateji mövqelərə nəzarət güclənir. Binokl diplomatiyasından bəhrələnən düşmən tərəf həmçinin Azərbaycan silahlı qüvvələrinin hərəkitinə nəzarət etmək istəyir. Həm də Ermənistan sərhədlərimizə tam yaxımlaşan avropalılara atəş açılmayacağından arxayındır.  Ermənistanın kəşfiyyat qrupu da bu arxayınşılıqdan istifadə edib Aİ forması altında  Azərbaycan ərazilərinə “boylanmaqlarını” davam etdirir.

 Ermənistan isə qeyri-konstruktiv siyasətini davam etdirir. Azərbaycanın anklav ərazilərini hələ də geri qaytarmayan Ermənistanın sülhdən danışması və öhdəlikləri yerinə yetirməməsi teni reallıqlar yaradır.  Bu reallıqlar fonunda Ermənistan qarşısına qoyulan şərtlərdən də yayınır. Ermənistanın Azərbaycana ərazi iddialarından əl çəkməsi tələbi hələ də yerinə yetirilmir. Düzdür, Paşinyan hər dəfə parlamentdə çıxışı zamanı əlində ölkəsinin maketini nümayiş etdirir və Ermənistan ərazisinin ondan artıq olmadığını deyir. Amma bu sadəcə sözdür və rəsmi şəkildə heç bir sənəddə əksini tapmayıb. Ermənistanın müstəqillik aktında isə Qarabağ Ermənistan ərazisi kimi göstərilir və bu, Ermənistan Konstitusiyasının preambulasında öz əksini tapır.  Deməli, rəsmi dövlət sənədi Paşinyanın hər gün nümayiş etdirdiyi maket yox, Ermənistanın qanunlar toplusudur. Bunu isə ləğv etməyin tolu yalnız referendum yolu ilə mümkündür. Hələlik Ermənistan hakimiyyəti referenduma hazırlaşmır, amma sülh müqqaviləsi istəyir. Azərbaycanın şərtləri təkcə bununla da bitmir. Digər məsələləri də açıq qoyan İrəvan onların müzakirəsini gələcəkdə aparılacağını düşünür. Amma bu növbəti erməni hiyləsindən başqa bir şey deyil. Ermənistanın daxili siyasətində də problemlər var. Ötən həftə Paşinyanın bir neçə naziri istefaya göndərməsi gözlənilməz oldu və baş nazirin bu addımını müxtəlif cür şərh edənlər də tapıldı. Bəziləri həmin məmurların dövlət çevrilişinə hazırlaşdıqları versiyasını irəli sürdülər. Əksəriyyət onların ABŞ-nin kadrı olduğunu iddia etdi. Əksəriyyət isə vəzifələrindən qovulan nazirlərin Paşinyana mane olduqları qənaətindəydilər. Hər halda Paşinyanın bir gündə apardığı kadr siyasətinin arxasında ciddi mətləblər dayanır. Amma hələ də Ermənistan sülhdən yayınır.

Yeni silahlar almaq üçün müqavilələr bağlanılır. İndi də Yunanıstana üz tutan Ermənistan hücum silahlarıyla bərabər, hava hücumundan müdafiə sistemləri də almağı planlaşdırır. Yunanıstan Rusiyadan əldə etdiyi “S-300” zenit-raket kompleksini Ermənistana göndərməyə hazırlaşır. 44 günlük müharibədə hava hücumundan müdafiə sistemi darmadağın edilən Ermənistanın havadan müdafiəsi demək olar ki, yoxdur. Ordusu tarmar edilən bir ölkədə revanşist qüvvələrin müharibə anonsu vermələri də bir qədər təəccüb doğurur. Müharibə ritorikasıyla yaşayan ermənilər hələ də acı məğlubiyyətdən dərs çıxarmayıbsa,  sülhdən danışmaq tezdir. Bəzi erməni ekspertlər düşdükləri vəziyyətin həddindən artıq ağır olduğunu anlayır və Azərbaycanın gücünü etiraf edirlər. Əksəriyyət isə bütün bunları bilə-bilə tarana getməyin üstünlüyündən danışırlar.

 Özlərindən  “əzilən xalq” imici yaradan ermənilərin maskası çoxdan cırılıb. “Çirkli əski parçası”yla maskalanan erməni idealogiyasının qonşu xalqlara düşmənçilk münasibətinin arxasında isə özlərinin məhvi dayanır.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*