Şimali Qafqazda gərginlik – FSB hərəkətə keçdibackend

Şimali Qafqazda gərginlik – FSB hərəkətə keçdi

Şimali Qafqazda terror aktı hazırlamaqda şübhəli bilinən bir şəxs Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən həbs olunub.

KONKRET.az xəbər verir ki, bu barədə FSB açıqlama yayıb.

Adıgey Respublikası ərazisində keçirilən əməliyyat nəticəsində bir İŞİD terrorçusu saxlanılıb. Məlumata görə, İŞİD-çi Adıgeydə terror aktı hazırladığına görə tutulub.

Terrorçunun Orta Asiya respublikalarından birinin vətəndaşı olduğu bildirilib. Əməliyyatdan sonra terror aktına hazırlıq maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, FSB-nin yanvar-fevral aylarında keçirdiyi əməliyyat nəticəsində çox sayda terrorçu saxlanılıb, iki silahlı şəbəkə çökdürülüb. /Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*