Sindzo Abeyə atəş açan şəxs keçmiş hərbi dənizçi olub – FOTObackend

Sindzo Abeyə atəş açan şəxs keçmiş hərbi dənizçi olub - FOTO

Yaponiyanın keçmiş baş naziri Sindzo Abeyə sui-qəsd edən şəxs əvvəllər ölkənin dəniz özünümüdafiə qüvvələrində xidmət edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Nihon” telekanalı məlumat yayıb.

Qeyd olunur ki, 41 yaşlı Teçuya Yamaqami əvvəllər ölkənin dəniz özünümüdafiə qüvvələrinin üzvü olub. O, Nara şəhərində seçki kampaniyası zamanı çıxış edən Abeyə bir neçə dəfə atəş açdıqdan sonra dərhal saxlanılıb. Hazırda polis saxlanılan şəxsi dindirir, onun motivləri barədə məlumat verilmir.

Cümə günü Abe seçki kampaniyası zamanı Nara şəhərində küçə çıxışı zamanı qətlə yetirilib. Keçmiş baş nazir qanaxma və huşsuz vəziyyətdə xəstəxanaya aparılıb.

Son anda verilən məlumata görə, Yaponiyanın sabiq Baş naziri Sindzo Abe vəfat edib. Bu mesajı Britaniyanın maliyyə naziri Nadim Zahavi “Twitter”də yazıb.

Roman Göytürk,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*