Şirvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, hadisə şəhərin Naxçıvan küçəsində qeydə alınıb.
İlkin məlumata görə, təxminən 65-70 yaşlı, şəxsiyyəti hələ məlum olmayan kişi yolu keçərkən avtomobil onu vuraraq xəsarət yetirib.
Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin onun öldüyü məlum olub.
Hazırda onun şəxsiyyətinin dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.